Belarusda Rusiya hərbi vasitələrinin hərəkəti müşahidə edildi

 12:33 31.03.2022     425

Rusiya qüvvələrinin Belarusda yenidən cəmlənmə əlamətləri görünür.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Belarusda Rusiya hərbi vasitələrinin hərəkəti müşahidə edilib: “Bu vasitələrin yenidən cəmlənməsinin Rusiyanın Ukraynadakı canlı qüvvə, silah və ləvazimat itkilərinin kompensasiyası məqsədi ilə rezerv yaradılması üçün istifadə edildiyi ehtimal edilir”.

Məlumatda o da qeyd olunub ki, Kiyev regionunun Rusiya qüvvələrindən geri alınan ərazilərində tez-tez minalara rast gəlinir.

Vumart və Güvən reklamı Vumart Güvən