"Rusiya Donbasa hücuma hazırlaşır"
NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayna ilə Rusiya arasındakı vasitəçilik təşəbbüsünə görə Türkiyəyə təşəkkür edib.
Redaktor.az Habertürk-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, Rusiyanın Ukraynada kimyəvi silahdan istifadəsi qəbuledilməzdir: "Rusiya geri çəkilmir, güc toplayır. Hərbçilərini yenidən qruplaşdırır. Ukraynada daha çox itkilərə səbəb olacaq yeni hücumlar gözlənilir. Rusiya Donbasa hücuma hazırlaşır. Kreml bu mənasız müharibəni bitirməlidir".












