Putin dost olmayan ölkələrlə bağlı fərman İMZALADI
Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya prezidenti özü bildirib.
Qeyd edək ki, Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanskiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib. Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb.
V.Putin rublla ödənişlərin olmayacağı təqdirdə hansı addımların atılacağını da qeyd edib.
“Əgər rublla ödənişlər olmasa, bunu alıcının müqavilə şərtlərini pozması kimi qəbul edəcəyik”, - Putin vurğulayıb.
Rusiya lideri diqqətə çatdırıb ki, bunun doğuracağı nəticələr məlumdur.












