Fransa Putinin qaza görə ödəniş şərti ilə razılaşmadı

 18:29 31.03.2022     418

Fransa və Almaniya Rusiyadan qaz idxalına görə rublla ödəniş tələbini rədd edir.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkə belə bir tələbi müqavilənin yolverilməz pozuntu və şantaj olaraq dəyərləndirib.

“G7-nin açıqlamasını xatırlatmaq istərdim. Qaz ödənişini başqa valyutada etmək tələbini qəbul etməyəcəyik. Müqavilədə belə bir şey yoxdur. Müqavilə imzalanıbsa, yerinə yetirilməlidir”, - Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərmanı imzalayıb.

Ukrayna ilə müharibəyə görə Qərbin sərt sanskiyaları ilə üz-üzə qalan Rusiya dost olmayan ölkələrlə qaz ticarətində ödənişlərin dollar və avro ilə aparılmasından imtina edərək rubla keçib. Rəsmi Moskva bunu Qərbin Rusiyanın Mərkəzi Bankının valyuta ehtiyyatlarını dondurmaq qərarına cavab olaraq atdığını açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən