"Putinə dedim ki, ödəniş avro və dollarla olacaq"
“Biz müqavilələrə baxdıq. Orada ödənişin avro və dollarla aparılması göstərilib. Putinə dedim ki, ödəniş bu valyutalarda qalacaq”.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts açıqlama verib.
O, Almaniyanın yaxın 1 il ərzində Rusiyadan neft və daş kömür asılılığına son qoya biləcəyini, amma qaz asılılığının qalacağını vurğulayıb.












