“Rusiya özü də Ukraynanın təhlükəsizliyinin zəmanətçisi olacaq” - Çavuşoğlu
Razılaşma əldə olunsa Ukrayna hərbi alyanslara daxil olmayacaq, amma Avropa İttifaqına üzv ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O əlavə edib ki, bu halda Türkiyə zəmanətçilərdən biri olacaq və Rusiya, razılaşma əldə olunduğu təqdirdə, özü də üzərinə bu rolu götürməli olacaq.
Nazirin sözlərinə görə, razılaşmanın tam olaraq hansı şəkildə tətbiq oluna bilməsi müzakirə olunmalıdır.












