"Azov" batalyonunun komandirlərini təxliyə edən iki helikopter vurulub - Rusiya MN
Ukraynanın Mi-8 helikopteri Mariopulda vurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Kiyev "Azov" batalyonunun komandirlərini iki Mi-8 helikopteri ilə təxliyə etmək istəyərkən “DNR qüvvələri” tərəfindən vurulub. Nəticədə bir helikopter zədə alaraq qəzaya uğrayıb.
Məlumata görə, helikopterdə olanlardan 15-i həlak olub, sağ qalan iki nəfər əsir götürülüb.












