Zelenski iki generalı rütbəsindən məhrum etdi

 08:27 01.04.2022     1233

Prezident Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Andrey Naumov və Ukrayna Təhlükəsizlik Xidmətinin Xerson vilayəti üzrə İdarəsinin keçmiş rəhbəri Serqey Krivoruçkonu general rütbəsindən məhrum edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti özü məlumat verib.

"Vətəninin harada olduğunu müəyyən etməyə nə isə mane olan, dövləti, onun azadlığını və müstəqilliyini qorumaq üçün Ukrayna xalqına sədaqətlə bağlı verdiyi hərbi andı pozan ən yüksək rütbəli zabitlər, şübhəsiz ki, Ukrayna Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin 48-ci maddəsinə uyğun olaraq hərbi rütbələrindən məhrum ediləcəklər", - deyə dövlət başçısı bildirib. 

Vumart və Güvən reklamı Vumart Güvən