Rusiya Polşanın üçdə birini tutmaq istəyir - Baş nazir

 08:43 01.04.2022     1447

Yaxın gələcəkdə Rusiya Ukrayna ərazilərinin üçdə birini tutmağa çalışacaq.

Redaktor.az xəbər verir ki, Polşanın Baş naziri Mateuş Moravetski bu barədə CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva bundan istifadə edərək danışıqlarda öz mövqeyini gücləndirir.

"Mən Rusiya qoşunlarının yenidən qruplaşmasını, yenidən təşkil edildiyini görürəm. Düşünürəm ki, tezliklə onlar Ukrayna qüvvələrini, xüsusən də Donbas bölgəsini mühasirəyə almağa çalışacaqlar. Sonra Ukrayna torpaqlarının üçdə birini ələ keçirərək, danışıqlar aparmaq istəyəcəklər”, - Baş nazir deyib.

Moravetski əlavə edib ki, ukraynalı tərəfdaşlar sarsıdıcı sanksiyalar tətbiq etməyə davam etməlidirlər. Baş nazirin sözlərinə görə, Moskva uzunmüddətli sanksiyalardan qorxur.

“Biz onların aktivlərinin müsadirə olunmasının tərəfdarıyıq. Rusiya nefti və qazını almağı dayandırmaq üçün mümkün olan hər şeyi edirik”, - hökumət rəhbəri qeyd edib. 

Vumart və Güvən reklamı Vumart Güvən