"Ukraynanın əks-hücumları davam edir" - Britaniya kəşfiyyatı

 09:32 01.04.2022     613

“Ukrayna qüvvələri Çerniqov vilayətinin cənubundakı Sloboda və Lukaşivka kəndlərini geri alıb və şəhərlə Kiyev arasında əsas təchizat yollarından biri boyu mövqe tutub”.

Redaktor.az UNİAN-a xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Ukrayna qoşunları həmçinin Kiyevin şərqinə və şimal-şərqinə uğurlu, lakin məhdud əks-hücumları davam etdirir. Rusiya həm Çerniqov, həm də Kiyev ətrafında fəaliyyətini azaltdığını iddia etməsinə baxmayaraq, davamlı hava və raket zərbələrinə məruz qalıb”, - nazirlikdən bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən