Ukraynada kənd sakinləri xilaskarları belə qarşılayır - VİDEO

 10:58 01.04.2022     294

Ukrayna ordusu ötən gün Kiyev və Çerniqov vilayətlərində bir sıra yaşayış məntəqələrini Rusiya işğalçılarından azad edib.

Redaktor.az-ın məlumatına görə, Çerniqov vilayətinin Novaya Basan kəndinin bir aydan artıqdır rus işğalı altında yaşamağa məcbur olan sakinləri evlərindən küçəyə çıxaraq Ukrayna ordusunun kəndə daxil olan hərbçilərini  sevinclə qarşılayıblar. Bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb. Kənd sakinlərindən biri əllərində alma küçəyə qaçır, sevincdən ağlayır və əsgərlərə alma verməyə çalışır. “Sizi necə də gözləyirdik”,-qadın göz yaşları içində deyir. Kadrlara əsasən kənddə yaşlılardan ibarət olmaqla azsaylı sakin qalıb.

Vumart və Güvən reklamı Vumart Güvən