Suriyalı muzdlular Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya getdilər

 11:25 01.04.2022     302

Suriyalı muzdlu döyüşçülər Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya gediblər.

Redaktor.az “The New York Times”a istinadən xəbər verir.

Bildirilib ki, qruplaşmaya ən azı 300 döyüşçü daxildir. Onların əvvəlcə hərbi təlim keçəcəkləri qeyd olunub.

“Suriya iqtisadiyyatının vəziyyəti ağırdır. İnsanlar iş tapmaqda çətinlik çəkirlər. Ona görə də kişilərin çoxu muzdla döyüşür”, - məqalədə vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən