Cen Psaki Ağ evdən getməyi PLANLAŞDIRIR
ABŞ Prezidentinin mətbuat katibi Cen Psaki vəzifəsindən ayrılmaq niyyətindədir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, Cen Psaki bu ilin yazında Ağ evi tərk etmək istəyir.
Onun MSNBC telekanalında çalışacağı deyilir.
Bununla paralel olaraq onun MSNBC telekanalı ilə danışıqlar apardığı və tərəflər arasında, demək olar ki, razılıq əldə edildiyi bildirilir. Portalın yazdığına görə, Cen Psaki şou verilişlərindən birinin aparıcısı olacaq.
“Axios” xəbər portalı yazır ki, Cen Psaki bununla bağlı Ağ ev nümayəndələri ilə məsləhətləşmələr aparsa da, qərarı barədə hələlik rəsmi şəkildə müraciət etməyib.
Qeyd edək ki, Cen Psaki 2021-ci ilin mayında bir ildən sonra vəzifəsindən gedə biləcəyinin anonsunu verib.
Xatırladaq ki, o, Barak Obamanın prezidentliyi dövründə də Ağ evin və Dövlət Departamentinin rəsmi nümayəndəsi olub.












