Ukrayna daha bir şəhəri ruslardan geri aldı - VİDEO
Ukrayna Buça şəhərini rusiyalı hərbçilərdən azad edib.
Redaktor.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk Teleqram kanalında məlumat verib. O bildirib ki, şəhərin azad edilməsinə martın 31-dən başlanılıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, Buçadan geri çəkilərkən Rusiya ordusunun bölmələri mülki tikililəri, infrastruktur obyektlərini və qəsəbə daxilində bəzi əraziləri minalayıblar.












