Yaponiyanın xarici işlər naziri Polşaya səfər etdi

 10:13 02.04.2022     8773

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Polşaya səfər edib.

Redaktor.az xəbər verir ki, Yaponiya XİN başçısının səfəri aprelin 5-dək davam edəcək.

Yosimasa Hayasi Polşa hökumətinin yüksək rütbəli nümayəndələri ilə danışıqlar aparacaq və ukraynalı qaçqınlarla bağlı vəziyyəti qiymətləndirəcək.

Yaponiya mətbuatının yazdığına görə, o, səfərinin sonunda Ukraynadan olan 30-a yaxın qaçqını hökumət təyyarəsi ilə ölkəsinə gətirmək niyyətindədir.

Vumart və Güvən reklamı Vumart Güvən