Rusiya Ukrayna ordusunun qərargahını “İskəndər”lə BELƏ VURDU -VİDEO

 21:40 02.04.2022     470

Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 28 hərbi obyekti məhv edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Əməliyyat başlayandan Rusiya ordusu tərəfindən Ukraynada 381 PUA, 1888 tank və digər zirehli maşınlar, 205 YARS, 793 top və 1771 hərbi avtomobil məhv edilib” – deyə Konaşenkov qeyd edib.

Rusiya Müdafiə Nazirliyi bu gün həmçinin Ukrayna ordusunun Xarkovdakı qərargahına endirilən zərbənin videosunu yayıb. 

Videoda raketin hədəfə dəydiyi an əks olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, qərargah “İskəndər” operativ-taktiki kompleksindən açılan atəşlə məhv edilib. Zərbə nəticəsində yüzdən çox Ukrayna hərbçisi ölüb.
 

Vumart və Güvən reklamı Vumart Güvən