Rusiya Poltavaya aviazərbələr endirdi
Ukraynanın Poltava vilayətinə zərbələr endirilib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə vilayətin rəsmisi Dmitri Lunin məlumat verib.
Qeyd olunur ki, vilayətin Mirqorod şəhəri yaxınlığındakı aerodromun uçuş-enmə zolağına və yanacaq anbarına Rusiya aviazərbəsi zərər vurub.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb.












