Zelenski-Putin görüşü Türkiyədə keçiriləcək
“Sənəd Ukrayna və Rusiya liderləri arasında birbaşa müzakirələr üçün kifayət qədər təkmilləşdirilib”.
Redaktor.az xəbər verir ki, bunu danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya deyib.
“Zelenski və Putin görüşünün tarixi və yeri hələlik bəlli deyil. Böyük ehtimalla, İstanbulda və ya Ankarada olacaq”, - o qeyd edib.
Ukrayna tərəfinin görüşə hazır olduğunu bildirən Araxamiya qeyd edib ki, Rusiya tərəfi İstanbul görüşündə Krım istisna olmaqla, Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini şifahi olaraq qəbul edib.
Belə ki, Rusiya təmsilçiləri layihələrin Prezident Zelenski ilə Rusiyanın dövlət başçısı Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün hazırlandığını təsdiqləyib.












