Qazaxıstan Prezidentinə sui-qəsdin qarşısı alındı

 09:37 03.04.2022     509

Qazaxıstanın xüsusi xidmət orqanları ölkə Prezidenti Kasım-Jomart Tokayevə sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini saxlayıblar.

Redaktor.az xəbər verir ki, “2022-ci il martın 25-də Nur-Sultan şəhərində Milli Təhlükəsizlik Komitəsinin əks-kəşfiyyatı Qazaxıstan Prezidentinə və bir sıra şəxslərə qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentini, "A" respublikasının vətəndaşını saxlayıb”,- deyə rəsmi xəbərdə deyilir.

Qeyd olunur ki, saxlanılan şəxs həmçinin digər yüksək rütbəli dövlət qulluqçularına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinir.

Vumart və Güvən reklamı Vumart Güvən