"Yandeks"in baş direktoru Rusiyadan qaçdı
"Yandeks"in Rusiya bölməsinin baş direktoru Yelena Bunina öz vəzifəsini tərk edib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinə istinadən SİTA agentliyi məlumat yayıb.
"Bell" nəşrinin məlumatına görə, o, Rusiyadan gedib və geri dönməyi planlaşdırmır.
Onun sözlərinə görə, fevralın sonundan Rusiyada olmayıb, indi isə İsrailin "Yandeks" ofisində işləyir:
"Mən geriyə dönməyəcəyəm. Bu qərarım birmənalıdır. Öz qonşuları ilə döyüşən ölkədə mən işləyə bilmərəm".












