Daha bir yaşayış məntəqəsi rus işğalçılardan AZAD EDİLDİ
Ukrayna ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Şimal” Operativ Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Çerniqov vilayətinin Mixail-Kotsyubinskoye qəsəbəsi Rusiya hərbçilərindən azad olunub.
Qeyd edək ki, azad olunan qəsəbə Çerniqovdan 17 kilometr qərbdə yerləşir.












