Polşa da ABŞ-dan nüvə silahı istədi - RƏSMİ
"Polşa ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə hazırdır."
Redaktor.az "BBC"yə istinadən xəbər verir ki, bunu Polşa baş nazirinin müavini Yaroslav Kaçinski deyib.
Kaçinski bildirib ki, Birləşmiş Ştatlar öz qərarlarını vermək üçün bir qədər tələsməlidir.
Hətta baş nazirin müavini bildirib ki, Ukrayna hadisələrindən Polşa da sığortalanmayıb.












