"Tərəfdaşlar ehtiyaclarımızı bilirlər” - Kuleba

 18:40 03.04.2022     515

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya ordusunun dayandırmağın yeganə yolu barədə danışıb. O deyib ki, bunun üçün Ukrayna tərəfinə tankların, döyüş təyyarələrinin və zenit-raket komplekslərinin çatdırılması davam etməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özünün Tviter səhifəsində Buçada baş verən hadisələri şərh edərkən yazıb:

“Buçadakı qətliam sübut edir ki, Rusiyanın ukraynalılara nifrəti Avropanın İkinci Dünya Müharibəsindən bəri gördüyü hər şeyi alt-üst edir”.

O bildirib ki, müharibə dəhşətlərini dayandırmağın yeganə yolu Ukraynaya Rusiya ordusunu mümkün qədər tez qovmaqda kömək etməkdir:

“Tərəfdaşlar ehtiyaclarımızı bilirlər. Tanklar, döyüş təyyarələri, zenit-raket sistemləri”.

Vumart və Güvən reklamı Vumart Güvən