Yaponiyada 140 ildən sonra bir ilk

 19:30 03.04.2022     578

Yaponiya 140 ildən sonra ilk dəfə olaraq yetkinlik yaşını 18-ə endirib. 

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə  Yaponiya Ədliyyə Nazirliyinə xəbər yayıb.

“Qanunu pozmuş gənclərin reabilitasiyasına imkan vermək üçün onların öz hərəkətləri barədə nəinki düşünmələri, həm də öz məsuliyyətini dərk etmələri və özlərini cəmiyyətin üzvləri kimi aparmaları, öz gücləri və potensiallarına diqqət yetirmələri vacibdir”, - ədliyyə naziri Yesihia Furukava qərarı belə şərh edib.

Mülki Məcəllənin hazırkı islahatına qədər yetkinlik yaşı 20 idi. Bu düzəliş qüvvəyə mindikdən sonra 18 yaşından etibarən yapon gəncləri valideynlərinin razılığı olmadan qanuni müqavilələr və əməliyyatlar bağlamaq hüququna malik olacaqlar. Bunlara mobil telefon almaq, avtomobil krediti və kredit kartları almaq, mənzil kirayə müqaviləsi bağlamaq müqavilələri daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən