BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək

 20:13 03.04.2022     523

Aprelin 5-də BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.

Redaktor.az TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə dünya təşkilatı məlumat yayıb.

Məsləhətləşmələrin yerli vaxtla səhər saatlarında baş tutacağı gözlənilir. Görüşün konkret mövzusu müəyyən edilməyib.

Qeyd edək ki, aprel ayında BMT Təhlükəsizlik Şurasına Böyük Britaniya sədrlik edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən