"Finlandiya istəsə, tezliklə NATO-ya qəbul olunacaq" - Stoltenberq

 20:18 03.04.2022     752

"Finlandiya Şimali Atlantika Alyansının bir hissəsi olmaq arzusunu ifadə edərsə, NATO yeni üzvə sahib olmaqdan məmnun olacaq".

Redaktor.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.

"Qərar Finlandiyaya aiddir, finlərin öz gələcəklərinə qərar vermək hüququ var. Bu, Rusiyanın gözləmədiyi bir şeydir, çünki onlar artıq Finlandiyanı qorxutmağa çalışıblar ki, NATO-ya daxil olarsa, bunun nəticələri olacaq", - deyə alyansın baş katibi bildirib.

Stoltenber qeyd edib ki, əgər Finlandiya və İsveç alyansa qoşulmağa hazır olsalar, NATO "nisbətən tez bir şəkildə bunu etmək üçün bir yol tapacaq.

Finlandiya prezidenti Sauli Niiniste keçən həftə Stoltenberqlə yeni dövlətlərin NATO-ya qəbulu prosesini müzakirə etdiyini bildirib.

Qeyd edək ki, Finlandiya və İsveç neytral ölkələrdir.

Vumart və Güvən reklamı Vumart Güvən