Rusiyanın 11-ci Su-34-ü vuruldu - Pilot əsir götürüldü - FOTO

 21:47 03.04.2022     802

Xarkov vilayətində Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Su-34 bombardmançı təyyarəsini vurub. 

Redaktor.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının mətbuat mərkəzi məlumat yayıb.

“2022-ci il aprelin 3-də Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları Xarkov vilayətində daha bir Su-34 qırıcı-bombardmançı təyyarəsini vurublar”, - məlumatda vurğulanır.

urulan təyyarənin pilotunun əsir götürüldüyü də bildirilir.
İlkin məlumatlara görə, müharibə başlayandan Rusiya Ukraynada 11 Su-34 itirib  və bir təyyarənin qiyməti 36 milyon dollardır.

 

Vumart və Güvən reklamı Vumart Güvən