"Buça sakinlərinin qətli araşdırılmalıdır" - BMT baş katibi

 23:22 03.04.2022     2738

BMT baş katibi Antoniu Quttereş Rusiya hərbçilərinin Ukraynanın Buça şəhərində öldürdükləri mülki şəxslərin görüntülərindən sarsılıb.

Redaktor.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın rəhbəri tviter hesabında yazıb.

“Ukraynanın Buça şəhərində öldürülən mülki şəxslərin görüntüləri məni çox sarsıtdı.

Müstəqil araşdırmanın effektiv hesabatlılığa səbəb olması olduqca vacibdir”, - BMT baş katibi qeyd edib.

Xatırladaq ki, işğaldan azad olunan şəhərdə xeyli sayda mülk şəxsin meyitləri aşkarlanıb. Onlar rus hərbçilər tərəfindən qətlə yetirilib.

Vumart və Güvən reklamı Vumart Güvən