"Qadınlar uşaqlarının gözü qarşısında necə zorlana bilər?" - Zelenski

 23:36 03.04.2022     2462

"Küçədə velosiped sürən rus ordusuna nə etdi? Qadınlar uşaqlarının gözü qarşısında necə zorlana bilər?

İnsana aid hər şeydən məhrumdurlar. Onların qəlbləri və ruhları yoxdur. Qəsdən və zövqlə öldürürdülər. Onlar yalnız etdikləri əməllərdən sonra ölümə layiqdirlər".

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin 39-cu günü ilə bağlı xalqa müraciətində Rusiya ordusunun Buça və digər şəhərlərdə Rusiya hərbçilərinin dinc ukraynalılara qarşı vəhşiliyindən danışarkən bildirib.

"Dünya müxtəlif vaxtlarda və müxtəlif qitələrdə çoxlu hərbi cinayətlər görüb. Bununla belə, Rusiya ordusunun hərbi cinayətlərinin təkrarlanmaması üçün hər şeyi etməyin vaxtı çatıb. Bu cinayətləri törədənlər xatırlanacaq, tapılacaq və cəzalandırılacaq" - dövlət başçısı deyib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən