Moldovada matəm elan olundu - Rusların Buçada törətdiyi qətliama görə

 00:31 04.04.2022     4197

Aprelin 4-də Ukraynada həlak olan dinc sakinlərin xatirəsinə Moldovada matəm günü elan edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu özünün "Twitter" məlumat yayıb.

Sandu əlavə edib ki, Moldova Ukraynanın Buça şəhərində dinc əhalinin ölümünü pisləyir. Prezident hadisəni “insanlığa qarşı cinayət” adlandırıb.

“2022-ci il aprelin 4-ü Ukraynada son 39 gün ərzində həlak olan bütün günahsız insanların xatirəsinə ümummilli matəm günü elan edirəm”, - Sandu qeyd edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən