Viktor Orbanın partiyası qalib gəldi

 08:17 04.04.2022     634

Macarıstanda bazar günü keçirilən növbəti parlament seçkilərində Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim "Fides - Macarıstan Vətəndaş Birliyi" partiyası qalib gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb,

Hakim blok parlamentdə üçdə iki konstitusion çoxluğunu saxlaya biləcək. Seçkilər ərəfəsində əksər politoloqlar "Fides"in qələbəsini proqnozlaşdırsalar da, bunun bu qədər inandırıcı ola biləcəyini gözləmirdilər.

Seçki komissiyasının saytında dərc olunan hesablamalara görə, bülletenlərin 71%-i hesablandıqdan sonra "Fides" və Xristian Demokrat Xalq Partiyası (CDPP) partiya siyahıları üzrə 55 % səs toplayıb.

Qeyd edilir ki, "Fides" nümayəndələri kiçik müttəfiqləri - xristian demokratlar ilə birlikdə ölkənin birpalatalı parlamentdə hələ də 199 yerdən 134-nə qazanacaqlarına arxalana bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən