Gürcüstanın XİN rəhbəri istefa verdi
Gürcüstanın xarici işlər naziri David Zalkaliani istefa verib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstan XİN-in məlumatında bildirilib.
Gürcüstanın yeni XİN başçısı İlia Darçiaşvili təyin edilib. O, bundan öncə Gürcüstanın hökumət administrasiyasının rəhbəri vəzifəsində çalışıb.












