Rusiyanın 40-dan çox hərbi texnikası bir anda MƏHV EDİLDİ - VİDEO

 15:15 04.04.2022     822

Ukrayna artilleriyaçıları Rusiya işğalçı qoşunlarının 40-dan çox texnikasını sıradan çıxarıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.

"Dünən əsgərlərimiz rus faşistlərinin fermada gizlətməyə qərar verdikləri avtomobil texnikasının böyük bir yığılmasını aşkar ediblər. Lakin onlar uzun müddət ukraynalı müdafiəçilərin iti gözləri qarşısında görünməz qala bilməyiblər", - məlumatda deyilir.

Qeyd olunub ki, xüsusən də, ukraynalı artilleriyaçılar texnika dolu anqarı sərrast atəşlə vurublar. Daha sonra yanacaqla avtomobillərin partlaması olub.

"Rusiya işğalçı qoşunları 40-dan çox texnikasını itirib. Bu, öz növbəsində, döyüş bölgələrinin birində düşmənin potensialını əhəmiyyətli dərəcədə azaldır", - məlumatda deyilir.

Xatırladaq ki, rus qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya soxulub. Əvvəlcə onlar hərbi obyektlərə bombalar atıb, sonra isə mülki şəhərlərə, xüsusən Kiyev, Xarkov, Sumı, Çerniqov və Mariupola hücum edib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı aprelin 4-nə olan məlumata görə, Ukraynada düşmənin 1273 texnikası məhv edilib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən