Zelenski Buçaya getdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.
Redaktor.az xəbər verir ki, Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.
O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırımlar törətdiyini bəyan edib.
Jurnalistin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualına Prezident belə cavab verib: “Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”.












