Zelenski Buçada xalqın arasında - FOTO

 18:58 04.04.2022     831

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.

Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.

Redaktor.az xəbər verir ki, Zelenski özünün feysbuk səhifəsində fotolar paylaşaraq Buça səfərindən təəssüratlarını bildirib.

"İşğaldan sonra Buça, İrpin, Stoyankanı öz gözlərimlə gördüm. Onları tez bir zamanda həyata qaytarmaq üçün əlimizdən gələni edəcəyik.

Bizim güclü, mehriban və sınmaz insanlarımız var. Buçadakı humanitar yardımın göstərilməsi üzrə mərkəzdə söhbət zamanı buna bir daha əmin oldum", - deyə dövlət başçısı bildirib.

T.İSMAYIL

222222222222222
Vumart və Güvən reklamı Vumart Güvən