Bayden Putini müharibə cinayətkarı  ADLANDIRDI

 20:38 04.04.2022     479

ABŞ prezidenti Co Bayden  Buçadakı amansız qətllərdən sonra Amerikanın Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirəcəyini söyləyib. 

Redaktor.az xəbər verir ki, bundan əlavə, dövlət başçısı Vladimir Putini hərbi cinayətkar adlandırıb.

“Putin hərbi cinayətkardır. Biz məlumat toplamalı, Ukraynaya silah verməliyik ki, onlar döyüşməyə davam etsinlər, bütün təfərrüatları toplayaq ki, bu, əsl müharibə cinayəti məhkəməsi olsun.

Bu adam barbardır. Buçada baş verənlər dəhşətdir, hamı bunu gördü”, - Bayden vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən