"Ruslar şəhəri kasset bombalarla atəşə tutub" - Nikolayevin meri

 23:45 04.04.2022     360

Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 yerli sakin həlak olub, daha 46 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nikolayev şəhərinin meri Aleksandr Senkeviç öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, şəhərdə bir dənə də olsun hərbi obyekt, zavod, yanacaq və ya partlayıcı materialların saxlanıldığı yer yoxdur.

Nikolayev şəhərinin meri əlavə edib ki, şəhər kasset bombaları ilə atəşə tutulub.

Vumart və Güvən reklamı Vumart Güvən