"İşğalçıların xalqımızın başına gətirdiklərini görmək çox ağrılıdır" - Zelenski Buçadan video paylaşdı
Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib.
Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib.
Redaktor.az xəbər verir ki, Zelenski özünün feysbuk səhifəsində Buça səfərindən video paylaşaraq aşağıdakı qeydləri yazıb.
"İşğalçıların xalqımızın başına gətirdiklərini görmək çox ağrılıdır. Onlar hər bir müharibə cinayətinə və torpağımıza gətirdikləri bütün əzablara görə məsuliyyət daşımalı olacaqlar", - deyə dövlət başçısı bildirib.
Turan ASLAN












