Rusiya-Ukrayna müharibəsində ölən jurnalistlərin sayı AÇIQLANDI

 08:55 05.04.2022     387

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölən jurnalistlərin sayı açıqlanıb.

Redaktor.az UNİAN-a xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatına istinadən Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyi məlumat yayıb.

Məlumata görə, müharibə dövründə 3-ü qadın olmaqla 18 jurnalist ölüb.

Bundan başqa, 4-ü kişi, 4-ü isə qadın olmaqla 8 media işçisi oğurlanıb. Bundan əlavə, 13 KİV nümayəndəsi yaralanıb, 3-ü isə itkin düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən