Josep Borrel və Ursula fon der Leyen Kiyevə səfər edəcəklər

 10:57 05.04.2022     305

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Josep Borrel və Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevə səfər edəcəklər.

Redaktor.az Pravda-ya istinadən xəbər verir ki, bu barədə Sloveniyanın Baş naziri Yanez Yanşa bildirib.

O, həmçinin Kiyevdəki bir neçə diplomatik missiyanın da öz işini bərpa edəcəyinin anonsunu verib.

“Kiyevdəki sloveniyalı diplomatlara litvalılar da qoşulacaqlar. Həmçinin Aİ missiyası da oraya qayıdacaq”, - deyə Y.Yanşa bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən