Rusiya səfiri Fransa XİN-ə çağırıldı
Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az xəbər verir ki, səfir bir sıra əməkdaşların Parisdən çıxarılması qərarı barədə məlumatlandırılıb.
Qeyd edək ki, Fransa XİN ötən gün 35 rusiyalı diplomatı ölkədən çıxarmaq niyyətində olduğunu açıqlamışdı.
Son bir neçə həftə ərzində bir sıra Avropa ölkələri, Belçika, Niderland, İrlandiya, Polşa, Çexiya, Slovakiya və digər öləkələr rusiyalı diplomatların ölkədən çıxarıldığını bildirmişdi.
Ötən gün, həmçinin Almaniya Rusiya səfirliyinin 40 əməkdaşını ölkədən çıxarmaq niyyətini açıqlamış və Rusiya səfirini XİN-ə çağırmışdı.












