Kiyev sakinləri geri qayıdır

 14:47 05.04.2022     359

Bəzi Kiyev sakinləri evlərinə geri dönməyə başlayıb, nəticədə yollarda tıxaclar yaranıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, tıxaclar əsasən Kiyevin girişində müşahidə olunur.

Şəhərə qayıdanlar isə əsasən yaşlı insanlardır.

Lakin paytaxt meri Vitali Kliçko kiyevliləri şəhərə qayıtmaqla bağlı tələsməməyə çağırır.

Bununla belə, sakinlər pullarının bitməsini və s. amilləri əsas gətirərək öz doğma şəhərlərinə qayıdır.

Kiyevə qayıdanların arasında uşaqlara rast gəlinmir.

Vumart və Güvən reklamı Vumart Güvən