Ərdoğan Yaponiyanın Baş naziri ilə Ukraynanı müzakirə etdi

 17:06 05.04.2022     339

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yaponiya Baş naziri Fumio Kisida arasında telefon danışığı olub.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər.

Liderlər, həmçinin Rusiya ilə Ukrayna arasında davam edən müharibə barədə fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan Yaponiya Baş nazirinə atəşkəsin bərpası və humanitar dəhlizlərin açılması istiqamətində səylərinin davam etdiyini bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən