“Rusiya bazarı ərzaqla tam təmin olunub” - Putin

 17:45 05.04.2022     380

Son iki ildə qlobal ərzaq bazarında vəziyyət inkişaf etmiş ölkələrin səhvləri ucbatından nəzərəçarpacaq dərəcədə pisləşib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinin dəstəklənməsi ilə bağlı müşavirədə bildirib.

“Son iki ildə qlobal ərzaq bazarında vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib. Bu, məhz son iki ildə olub. İnkişaf etmiş ölkələrin illər əvvəl iqtisadi, enerji və ərzaq siyasətindəki buraxdığı səhvlər bütün dünyada ərzaq qiymətlərinin kəskin artmasına səbəb olub. Vəziyyət son həftələrdə daha da dərinləşir”, - Rusiya Prezidenti vurğulayıb.

Putin deyib ki, Rusiya hakimiyyəti ərzaq bazarına xarici təsirləri minimuma endirməli və ərzaq istehsalını artırmalıdır.

Onun sözlərinə görə, ölkənin əsas ərzaq qrupları üzrə daxili bazarı yerli istehsal ilə tam təmin olunub.

Vumart və Güvən reklamı Vumart Güvən