ABŞ sabah Rusiyaya qarşı ən ağır sanksiyaları elan edəcək

 23:12 05.04.2022     851

ABŞ-ın Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirləri digər məsələlərlə yanaşı, Rusiyaya bütün investisiyaların yatırılmasını qadağan edilməsini də əhatə edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ Rusiya maliyyə institutlarına qarşı sanksiyaları da sərtləşdirmək niyyətindədir. Yeni tədbirlər aprelin 6-da elan olunacaq.

Agentliyin məlumatına görə, sanksiyalar müəyyən sayda Rusiya dövlət məmurlarına və onların ailə üzvlərinə, həmçinin Rusiya Federasiyasının bəzi dövlət müəssisələrinə şamil olunacaq.

Vumart və Güvən reklamı Vumart Güvən