Türkiyə səfirliyi Kiyevə qayıtdı

 03:19 06.04.2022     465

Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin Ukraynadakı səfirliyindən məlumat verilib.

Məlumatda həmçinin qeyd olunur ki, Türkiyənin diplomatik korpusu Kiyevi tərk edən sonuncu səfirlik olub.

Artıq sabahdan etibarən səfirliyin fəal iş rejiminə qayıdacağı bildirilir.

Qeyd edək ki, Kiyev ətrafında qızğın döyüşlərin getməsi səbəbiylə səfirlik müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürülmüşdü.

Vumart və Güvən reklamı Vumart Güvən