Buçadakı görüntülər dəhşətlidir - Türkiyə XİN

 09:45 06.04.2022     448

Kiyev yaxınlığındakı müxtəlif bölgələrdən, o cümlədən Buça və İrpindən mətbuatda əksini tapan görüntülər insanlıq üçün dəhşətli və kədərlidir. Bu barədə Türkiyə XİN rəsmi internet səhifəsində bəyanat paylaşıb.

Redaktor.az  xəbər verir ki, günahsız mülki şəxslərin hədəfə alınması heç vaxt qəbuledilməzdir. Mövzunun müstəqil araşdırmaya məruz qalması, məsuliyyət daşıyanların müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bizim əsas gözləntimizdir.

Türkiyə insanlıq üçün bu cür utanc verici səhnələrə son qoymaq və ən qısa zamanda sülhün təmin edilməsi üçün çalışmalarına davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən