Ukraynada daha üç yaşayış məntəqəsi işğaldan AZAD OLUNDU

 09:52 06.04.2022     396

“Rusiya Silahlı Qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində hücum əməliyyatına hazırlaşırlar”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bu gün saat 06:00-a olan məlumatında deyilir.

“Düşmən başqa ölkələrdən Ukraynaya qarşı muzdlu döyüşçülər cəlb edir. 14-cü ordu korpusunun 200-cü əlahiddə motoatıcı briqadasının komandanlığı itkiləri kompensasiya etmək üçün hərbi qulluqçulara təlim keçir. İnformasiyaya əsasən, briqadanın ümumi canlı itkisi 30 faizə yaxındır. Taborlardan birinin taktiki qrupu tamamilə məhv edilib, başqa biri isə döyüş qabiliyyətini bərpa etmək üçün Belqorod vilayətinə aparılıb”, - xəbərdə bildirilib.

Məlumata görə, Slobojan istiqamətində Rusiya hərbçiləri Xarkov şəhərini mühasirəyə almağa çalışırlar.

Qeyd olunub ki, Rusiyanın 20-ci ümumqoşun ordusunun 236-cı artilleriya briqadası şəxsi heyəti və silah-sursatının 20 faizini itirib:

“İşğalçılar beynəlxalq humanitar hüquqla qadağan olunan silahlardan fəal şəkildə yararlanırlar. Ukrayna Silahlı Qüvvələri ötən sutkada Rusiyanın 8 qanadlı raketini məhv edib”.

Həmçinin bildirilib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumu nəticəsində Xerson vilayətinin Dobryanka, Novovoznesensk və Trudolyubovka yaşayış məntəqələrinə nəzarəti ələ keçiriblər:

“Aleksandrovka rayonunun azad edilməsi istiqamətində döyüş davam edir”.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç bildirib ki, Rusiya Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərini təhvil verməyə hazırlaşır.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən