Ukraynanın Mariupol şəhərinə hava hücumları davam edir
Böyük Britaniya hərbi kəşfiyyatı çərşənbə günü bildirib ki, Ukraynanın mühasirədə olan Mariupol şəhərində şiddətli döyüşlər və Rusiya aviasiyasının zərbələri davam edir.
Redaktor.az "Reauters"ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Şəhərdə humanitar vəziyyət getdikcə pisləşir" - Müdafiə Nazirliyi bildirib.
"Qalan 160 min sakinin əksəriyyətində işıq, rabitə, dərman, istilik və su yoxdur. Rusiya qüvvələri humanitar yardımın qarşısını kəsib və ola bilsin ki, müdafiəçilərə təslim olmaları üçün təzyiq göstərib".
Cavid İmaməliyev












