Rusiya Ukraynanın 24 obyektini vurdu
Rusiya Silahlı Qüvvələrinin döyüş aviasiyası ötən gecə ərzində Ukraynanın 24 hərbi obyektini məhv edib.
Redaktor.az xəbər verir ki, bun Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
"Gecə saatlarında Rusiya Hava kosmik Qüvvələrinin və raket qoşunlarının operativ-taktiki aviasiyası Ukraynanın 24 hərbi obyektini vurub. Onların arasında Osa-AKM zenit-raket kompleksi, beş logistik anbar, həmçinin 11 dayaq məntəqəsi və
Ukrayna qoşunlarının hərbi texnikasının cəmləşdiyi ərazilər var”- deyə Rusiya MN sözçüsü vurğulayıb.












